Yüklənir

IELTS

IELTS (International English Language Testing System)

Beynəlxalq İngilis Dili İmtahanı Sistemi

IELTS imtahanı ana dili İngilis dili olmayanlar üçün hazırlanan və dünyanın bir çox ölkəsində keçirilən imtahandır. İmtahan xaricdə təhsil almaq istəyən və akademik təhsilini xaricdə davam etdirmək istəyən insanlar üçün nəzərdə tutulmuşdur. İmtahana qatılmaqla sizin əsas dörd dil bacarığı üzrə səviyyəniz ölçülür : Reading  (oxuma) , Writing (yazma) , Listening (qulaq asma) , Speaking (danışma) . Bu bacarıq növlərindən müvəffəqiyyətlə keçmək üçün sizin Vocabulary (söz biliyi) və Grammar (qrammatika) biliklərinizin də yetərli olmağı vacibdir.

Yuxarıda sadalanan dil bacarıqlarında yaxşı səviyyədə olmaq üçün sizin General English  (Ümumi İngilis Dili) adlanan dil bilik və bacarıqlarının hamısını özünə cəmləşdirən dil kursunda iştirak etməyiniz əhəmiyyətli dərəcədə xeyrinizə olacaqdır. General English kursları 6 səviyyədən ibarət olan bölmələrə ayrılır :

  •  Beginner
  •  Elementary
  •  Pre – Intermediate
  •  Intermediate
  •  Upper Intermediate
  •  Advanced


General English kursuun Advanced səviyyəsini müvəffəqiyyətlə tamamlamış bir insan bir neçə həftə IELTS sınaqlarında iştirak edərək sual tipləri və verilən zaman müddəti ilə tanış olduqda çox rahatlıqla real IELTS imtahanından 6,5 – 7,5 ortalama bal alabilməkdədir. IELTS imtahanı sizin dil biliyinizlə yanaşı qısa müddətdə  o biliyinizi göstərə bilib bilməməyinizi də ölçdüyünə görə imtahanda iştirak etmədən qabaq onlarla sınaq imtahanında iştirak etməyiniz və yaxud öz başınıza imtahan şəraiti yaradıb özünüzü imtahan etməyiniz çox yararınıza olacaqdır. IELTS imtahanında iştirak etmədən öncə General English – də (Ümumi İngilis Dilində) Advanced səviyyədə  olmağınız tövsiyyə olunmaqdadır. Ən azından isə Upper Intermediate səviyyəsinin sonlarında olmalısınız ki, həm IELTS imtahanının sisteminə tez alışabiləsiniz, həm də Pre – IELTS və IELTS kursu adı altında fəaliyyət göstərən yerlərə çoxlu vəsait xərcləməyəsiniz. IELTS sizin Ümumi İngilis Dilindəki səviyyənizi ölçür buna görə də ilk əhəmiyyət verəcəyiniz istiqamət Ümumi ingilis dilini inkişaf etdirmək olmalıdır. Ondan sonra isə vaxt mövzusunda praktika qazanmaq üçün sınaqlar etməlisiniz.

Advanced səviyyəsində olduqdan sonra IELTS repetitoru ilə də 1 aylıq bir hazırlıq sizi dünaynın istənilən ölkəsindəki universitetin tələb etdiyi balı yığmağınızıda mümkün edəcəkdir.

Yekun olaraq bunu bildirmək isdəyirik ki, Pre – IELTS və yaxud 3- 5 aylıq IELTS adı altında təqdim olunan bahalı kurslara aldanmayın. Bilin ki, IELTS ortalama 1 ay hazırlıq tələb edir, əhəmiyyətli olan Ümumi İngilis dilinizi inkişaf etdirməkdir. IELTS üçün xüsusi qrammatika və sözlər olmur. IELTS sizin biliklərinizi təsadüfi mövzularla kompleks şəkildə ölçür. Bunun üçün çoxlu çalışmaq, öyrənmək, və sonda biliklərinizi qısa zaman aralığında göstərə bilmək üçün praktika etməlisiniz.  

Kurs haqqında

  • Dərs saatı
    12 saat/ay
  • Sertifikat
    Bəli
  • Səviyyə
    Başlanğıc
  • Müddət
    3 ay
  • Fərdi
    200 ₼/ay
  • Qrup
    120 ₼/ay